"Sumqayıt" "Neftçi"ni iki dəfə uddu

"Sumqayıt" "Neftçi"ni iki dəfə uddu
"Sumqayıt"ın akademiyası idman direktoru Frank Bernhardtın rəhbərliyi ilə 2014/15 mövsümünə hazırlığını davam etdirir. Fanat.az xəbər verir ki, aşağı yaş qrupları məşqlərlə yanaşı yoxlama oyunları keçirməkdədi. 
Belə ki, 17 yaşadək futbolçulardan ibarət komanda "Neftçi" üzərində 2:0 hesablı qələbə qazanıb. U-17 bundan əvvəl "Qarabağ"ı məğlubiyyətə uğratmışdı (2:1).
"Sumqayıt"ın U-16 komandası da yoxlama oyununda qələbə qazanıb. Komanda "Neftçi"ni 4:3 hesabı ilə məğlubiyyətə uğradıb. U-15 isə AZAL-dan üstün olub (4:1).
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər