"Sumqayıt" "Neftçi" və "Qarabağ"ı uddu

"Sumqayıt" "Neftçi" və "Qarabağ"ı uddu

Milli komandaların oyunlarını ilə əlaqədar yaranmış fasilədən istifadə edən "Sumqayıt"ın əvəzedici komandası "Qarabağ"la yoxlama oyunu keçirib. Fanat.az xəbər verir ki,"Kapital Bank Arena"da baş tutan oyunda Samir Abasovun rəhbərlik etdiyi komanda 2:1 hesablı qələbə qazanıb. "Sumqayıt"ın qollarına Rəşid Ağazadə və Elçin Qasımzadə imza atıb.

Maraqlıdı ki, əvəzedicilərin çempionatında "Qarabağ" 3 oyundan sonra turnir cədvəlinə başçılıq edir. "Sumqayıt" isə 4 oyunda xal toplamayıb və son pillədə qərarlaşıb.

"Sumqayıt"ın U-17 komandası isə "Kapital Bank Arena"da "Neftçi" ilə yoxlama oyunu keçirib və 5:3 hesablı qələbə qazanıb. Gənclik şəhəri təmsilçisinin heyətində Murad Ağakişiyev (2), Samir Mehdizadə, Racif Kərimli və Şəhriyar Haqverdiyev fərqlənib.

"Sumqayıt"ın U-16 komanda isə "Rəvan"la heç-heçə edib - 2:2. Komandanın qollarını Asif Məmmədov və Sahib İbrahimov vurub.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər