"Sumqayıt" "Anji"nin hücumçusunu gətirir

"Sumqayıt" "Anji"nin hücumçusunu gətirir
"Sumqayıt" hücum xəttinə Rusiyadan futbolçu transfer etmək istəyir. Fanat.az xəbər verir ki, gənclik şəhəri təmsilçisi “Anji”nin üzvü Tahir Mürsəlovun xidmətində maraqlıdı.
Mürsəlov “Rubin”in yeniyetmələrdən ibarət komandasında da oynamağa macal tapıb. 20 yaşlı hücumçu “Sumqayıt”la müqavilə bağlamağa yaxındı.
Qeyd edək ki, 1994-cü ilin 9 fevralında dünyaya gələn Mürsəlovun çəkisi 74 kq, boyu 1,83 metrdi. 2009-2012-ci illərdə "Rubin"in gənclərdən ibarət komandasında oynamış forvard 2012-ci ildən "Anji"də forma geyinir.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər