"Sumqayıt" Naxçıvana göndərdiyi futbolçunu geri qaytardı

"Sumqayıt" Naxçıvana göndərdiyi futbolçunu geri qaytardı
"Sumqayıt" növbəti transferini reallaşdırıb. Fanat.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi "Araz Naxçıvan"dan  19 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvü Budaq Nəsirovu heyətinə qatıb.
Naxçıvan klubu Premyer Liqanı tərk etdiyinə görə PFL bütün futbolçularına azad agent ststusu verib. Bu fürsətdən yararlanan "Sumqayıt" Nəsirovla 1,5 illik müqavilə imzalayıb. 1996-cı il təvəllüdlü futbolçu yeni klubunda 96 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, "Sumqayıt" yayda Budaq Nəsirovu heyətinə qatsa da, futbolçu sonradan "Araz Naxçıvan"a yollanmışdı. İyunun 24-də bu barədə məlumat yayan klubun rəsmi saytı 18 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalandığını elan etmişdi.
"Sumqayıt" Naxçıvana göndərdiyi futbolçunu geri qaytardı
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər