"Sumqayıt" Əli Dayeinin komandasına uduzdu - FOTOLAR

"Sumqayıt" Əli Dayeinin komandasına uduzdu - FOTOLAR
Yeni mövsümün hazırlıqlarını Türkiyədə davam etdirən "Sumqayıt" bu gün ilk yoxlama oyununu keçirib. Fanat.az xəbər verir ki, Kartepedə məskunlaşan "gənclik şəhəri" təmsilçisi İranın "Persepolis" klubu ilə qarşılaşıb. 
Oyun Tehran klubunun 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. “Sumqayıt”ın heyətində qolları Tofiq Mikayılov və Məhəmməd Qurbanov vurub.
"Persepolis" klubu 1963-cü ildə yaradalıb. Tehranın 3 ən böyük klubundan biri olan "Sumqayıt" rəqibi tarixi ərzində 9 dəfə İran çempionu, 5 dəfə ölkə kubokunun, 1 dəfə Asiya Kuboklar Kubokunun qalibi olub. Mustafa Dənizlinin 2006-2007 və 2011-2012-ci illərdə çalışdırdığı kluba cənubi azərbaycanlı məşhur futbol veteranı Ali Dayei başçılıq edir. 2013/14 mövsümünü 2-ci pillədə başa vuran komanda heyətində bir legioner - braziliyalı Nilson Korrea çıxış edir.
Qeyd edək ki, iyulun 29-dək Türkiyədə qalacaq "Sumqayıt" iyulun 20-də Özbəkistan çempionu "Bunyodkor", 23-də Türkiyə 1-ci liqa təmsilçisi "Manisaspor", 25-də isə Türkmənistan klubu "Altın Asır"la qarşılaşacaq. Sonuncu rəqib hələ məlum deyil.
Yoxlama oyunu
17 iyul
Sumqayıt (Azərbaycan) - Persepolis (İran) 2:3
Qollar: Tofiq Mikayılov, Məhəmməd Qurbanov.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər