"Sumqayıt" çempiona rəqib oldu

"Sumqayıt" çempiona rəqib oldu

Topaz Premyer Liqasının 2015/16 mövsümünə hazırlaşan "Sumqayıt" təlim-məşq toplanışını davam etdirir. Fanat.az xəbər verir ki, "Kapital Bank Arena"da gündə iki dəfə olmaqla hazırlığını davam etdirən Aqil Məmmədovun komandası 10 günlük təlim-məşq toplanışı dövründə 3 yoxlama oyunu keçirəcək. 

"Sumqayıt" hazırlıq mərhələsi çərçivəsində sabah I divizion təmsilçisi "Neftçala" ilə üz-üzə gələcək. Qarşılaşma saat 19.00-da "Kapital Bank Arena"da baş tutacaq.

Qeyd edək ki, "Neftçala" I divizionun çempionu olsa da, Premyer Liqaya buraxılmaıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər