"Sumqayıt" azarkeşinin hərəkətini pislədi

"Sumqayıt" azarkeşinin hərəkətini pislədi

Dünən "Sumqayıt"la "Qəbələ" arasında keçirilən oyunda yerli fanatlar qonaq komandanın üzvü Ekiqo Ehiosuna qarşı irqçilik etmişdi. Belə ki, ilk yarıda səslələn "Ebola", "Negq" şüarlarından sonra futbolçu meydanı tərk etmək istəmişdi. Lakin sonradan fikrindən danışmışdı.

Fanat.az xəbər verir ki, "Sumqayıt" bu gün rəsmi saytı ilə bəyanat yayaraq hadisəni pisləyib. Bəyanatı olduğu kimi təqdim edirik: 

"Noyabrın 12-də "Kapital Bank Arena"da "Sumqayıt"la "Qəbələ" arasında yoxlama oyunu keçirilib. Qarşılaşmanın 40-cı dəqiqəsində stadionda olan bir azarkeş tərəfindən rəqib komandanın üzvü Ekiqo Ehiosuna qarşı xoşagəlməz ifadə səsləndirilib.

"Sumqayıt" Futbol Klubu olaraq, bu cür halları pisləyir, hadisənin araşdırılması yönündə işləri davam etdiririk. Güman olunur ki, bu şüar meydanda əyləşən bir azyaşlı tərəfindən səsləndirilib.

Sumqayıt futbolsevərlər şəhəridi, fanatlarımız bu günə qədər daim istənilən rəqibə və futbolçuya hörmətlə yanaşıb. "Sumqayıt" Futbol Klubu belə hərəkətin yolverilməz olduğunu açıqlayır. Qeyd edək ki, hətta həmin hadisədən bir qədər sonra, daha dəqiq fasilə zamanı klubumuzun rəsmi fan-klubu adıçəkilən futbolçunu alqış sədaları ilə yanlarına çağırıb".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər