"Sumqayıt" 4 əskiklə çalışdı

"Sumqayıt" 4 əskiklə çalışdı
Topaz Premyer Liqasının növbəti turu çərçivəsində doğma arenada "Neftçi" ilə qarşılaşacaq "Sumqayıt" hazırlığını davam etdirir. Fanat.az xəbər verir ki, həftəsonu ikitərəfli oyun keçirən Aqil Məmmədovun komandası "Kapital Bank Arena"da növbəti məşqinə çıxıb. 
Zədəli olan Bəxtiyar Həsənalızadə fərdli məşqlərlə kifayətlənib. A milli komandanın düşərgəsində olan Məhəmməd Qurbanov və U-21-in heyətində yer alan Tərlan Əhmədli ilə Şahrudin Məhəmmədəliyev hazırlıqlara nisbətən gec qoşulacaq.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər