"Şokdayam, Çempionlar Liqasının qalibi olduğuma inana bilmirəm" - Xviça Kvaratsxeliya

"Şokdayam, Çempionlar Liqasının qalibi olduğuma inana bilmirəm" - Xviça Kvaratsxeliya

UEFA Çempionlar Liqasının dünən keçirilən final oyununda "İnter"i 5:0 hesabı ilə darmadağın edən PSJ-nin cinah hücumçusu Xviça Kvaratsxeliya həlledici matçdan sonra fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, komandasının qollarından birinə imza atan gürcü futbolçunun sözlərini "Sputnik" belə çatdırıb:

"Hisslərimi sözlə ifadə etməyə çətinlik çəkirəm. Bu, inanılmaz duyğudur. Şokdayam. Hələ də bunu bacardığımıza, Çempionlar Liqasının qalibi olduğuma inana bilmirəm. Amma inanırdım ki, bu, mümkündür. Mən Çempionlar Liqasının qalibiyəm və çox xoşbəxtəm. Klub və məşqçilərimizlə istəyimizə çatdıq. Baş məşqçimiz möhtəşəm işlər görür. Biz də meydanda üzərimizə düşəni etməyə çalışırıq. "İnter"i finalda 5:0 hesabı ilə yenmək asan iş deyil".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər