"Simurq" "İnter"lə oyuna itkisiz hazırlaşır

"Simurq" "İnter"lə oyuna itkisiz hazırlaşır
Topaz Premyer Liqasının V turunda "İnter"in qonağı olacaq "Simurq" hazırlıqlarını "Bayıl Arena"da davam etdirir. Fanat.az xəbər verir ki, dünən növbəti məşqinə çıxan Zaqatala komandası tam heyətlə çalışmalara başlayıb. Son hazırlıq prosesində Georgi Çixradzenin yetirmələri əsasən fiziki təmrinlər üzərində işləyib. 
Məşqin əvvəlində gürcü mütəxəssis futbolçularını ətrafına toplayaraq, ənənəvi qısa söhbət edib. Bundan sonra fiziki hazırlıq üzrə məşqçi Aleksandar Karakliçin rəhbərliyi altında fiziki gücün artırılmasından ibarət tapşırıqlar yerinə yetirilib. Bir saatdan artıq davam edən bu hazırlıq prosesinin ardından taktiki tapşırıqlar alan komanda üzvləri ikitərəfli futbol oynayıb. Məşqin sonunda isə cinahlardan asmalar və qapıya zərbələr yerinə yetirilib. 
Qapıçılar Pavel Kapsa, Amil Ağacanov və Rəşad Əzizli isə qapıçılarla işləyən məşqçi Emil Babayevin rəhbərliyi altında komandadan ayrı çalışıb.    
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər