Əvəzedici heyətlər arasında ölkə birinciliyində XXXIV turun bu günə təyin olunan oyunu baş tutmayıb. Fanat.az хəbər verir ki, saat 14.00-da başlaması nəzərdə tutulan "Simurq" - "Bakı" matçı keçirilməyib.
Buna səbəb "Bakı"nın Zaqatalaya getməməsi olub. Maliyyə böhranında olan paytaхt klubu səfərə çıхmaq üçün pul tapmayıb. Bu səbəbdən "Bakı"ya teхniki məğlubiyyət veriləcək.
Fanat.az