"Səbail"in adı dəyişir, klub Qubanı təmsil edəcək

"Səbail"in adı dəyişir, klub Qubanı təmsil edəcək

“Səbail” futbol klubunun adı dəyişdirilir.

Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Regionlarda futbolun inkişaf etdirilməsi və kütləviliyinin artırılması əsas hədəf kimi müəyyənləşdirilərək, “Səbail” PFK-nın adının “Quba” adı ilə dəyişdirilməsi ilə bağlı hüquqi prosedurlar davam etdirilir.Yaxın gələcəkdə komandamızın Quba şəhərini təmsil edəcək olması bizim üçün böyük qürur və sevinc mənbəyidir.Bu dəyişiklik təkcə klubun adının yenilənməsi deyil, həm də region futbolunun inkişafı, yerli istedadların üzə çıxarılması və Qubada futbol ənənələrinin daha da gücləndirilməsi baxımından yeni mərhələnin başlanğıcıdır”.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər