"Səbail"dən ayrılan Kamran özünə yeni klub tapdı

"Səbail"dən ayrılan Kamran özünə yeni klub tapdı

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının sabiq hücumçusu Kamran Quliyevin yeni mövsümə harada başlayacağı dəqiqləşib.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, ötən mövsümü "Səbail"də keçirən 26 yaşlı forvard qarşıdakı "futbol ili"ndə də 1-ci Liqada top qovacaq.

Belə ki, ön xətt oyunçusu MOİK-lə anlaşıb.

Xatırladaq ki, nazirlik komandası son mövsümü 33 xalla 6-cı pillədə başa vurub. Qarşısına çempionluq məqsədi qoyan klubu hədəflərinə çatdıra bilməyən baş məşqçi İlham Yadullayevin postundan göndəriləcəyi gözlənilsə də, rəhbərlik onunla əməkdaşlığı davam etdirməyi uyğun sayıb.

Toğrul   

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər