"Səbail" ukraynalı müdafiəçi ilə gücləndi - RƏSMİ

"Səbail" ukraynalı müdafiəçi ilə gücləndi - RƏSMİ

"Səbail" heyətini yeni legionerlə gücləndirib.

Fanat.Az xəbər verir ki, paytaxt klubu Portuqaliyanın "Lusitaniya" klubunda çıxış edən Dmitro Litvinlə anlaşıb.

Klub 27 yaşlı müdafiəçinin keçidini rəsmi saytı vasitəsilə elan edib. Onunla müqavilə Ərzurumda imzalanıb. Ukraynalı "dənizçilər"in heyətində 3 nömrəli formada çıxış edəcək.  

Qeyd edək ki, Dmitro Litvin karyerası ərzində "Aveş", "Fafe", "Benfika" B, "Zarya"(Luqansk), "Olimpik" (Donetsk), "Akron" (Tolyatti), "SKA-Xabarovsk", "Klaksvik" klublarında oynayıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər