"Sabah"ın yeni baş məşqçisi bilindi

"Sabah"ın yeni baş məşqçisi bilindi

“Sabah” klubunda yeni baş məşqçi təyinatı gerçəkləşib. 

Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, rusiyalı məşqçi Vasili Berezutski ilə 2,5 illik müqavilə bağlanıb. 

"Sabah"ın yeni baş məşqçisi bilindi

Gənc mütəxəssis daha öncə Niderlandın “Vitess” (2018-2019), Rusiyanın ÇSKA (2020-2021, 2022), “Krasnodar” (2021-2022), həmçinin Çinin “Şanxay Şenxua” (2023-2024) klublarında köməkçi məşqçi kimi fəaliyyət göstərib, Moskvanın ÇSKA klubunda idman koordinatoru olub (2020).  Berezutski futbolçu kimi Rusiyanın “Torpedo-ZİL” və ÇSKA klublarında çıxış edib. O, Rusiya millisinin əsas komandasında 101 oyun keçirib (5 qol).

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər