"Sabah"ın U-13 və U-15 komandaları beynəlxalq turnirə qatılacaqlar

"Sabah"ın U-13 və U-15 komandaları beynəlxalq turnirə qatılacaqlar

“Sabah”ın U-13 və U-15 komandaları Türkiyənin Antalya şəhərində keçiriləcək “Junior World Cup” beynəlxalq futbol turnirində iştirak edəcək.

Fanat.Az xəbər verir ki, “Sabah”ın komandaları bu gün turnirin keçiriləcəyi şəhərə yola düşüb.

U-13 turnirdə İngiltərənin “Mançester Siti”, Türkiyənin “Konyaspor” və “Hatay Altın Gençlik” komandaları ilə bir qrupda mübarizə aparacaq.

U-15 isə İspaniyanın “Rayo Valyekano”, Türkiyənin “Konyaaltı” və “Manisa” komandaları ilə bir qrupda yer alıb.

U-13 ilk oyununu “Mançester Siti”yə, U-15 isə “Rayo Valyekano”ya qarşı keçirəcək. Matçlar sabah səhər saatlarında baş tutacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər