"Sabah"ın Avropa Liqasındakı potensial rəqibləri müəyyənləşdi

"Sabah"ın Avropa Liqasındakı potensial rəqibləri müəyyənləşdi

“Sabah”ın Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşib.

Fanat.Az xəbər verir ki, “bayquşlar” püşkatma mərasimində səpələnməmişlər sırasında yer alacaq.

Azərbaycan Kubokunun son qalibinin potensial rəqibləri bu komandalar ola bilər: “Şaxtyor” (Donetsk, Ukrayna), “Legiya” (Varşava, Polşa), “Partizan” (Serbiya), “Şerif” (Moldova), “ÇFR Kluj” (Rumıniya), “Hapoel” (Beer-Şeva, İsrail), “Çelye” (Sloveniya), “Spartak” (Trnava, Slovakiya).

Püşkatma iyunun 17-də, oyunlar isə 10-17 iyulda keçiriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər