"Sabah"ın 10 yaşlıları beynəlxalq turnirə yollandı

"Sabah"ın 10 yaşlıları beynəlxalq turnirə yollandı

“Sabah”ın U-10 komandası Rusiyanın Kazan şəhərində keçirilən “East Cup Kazan” beynəlxalq futbol turnirinə qatılıb. 

Fanat.Az xəbər verir ki, Məhərrəm Müslümzadənin baş məşqçisi olduğu komanda turnirdə Qazaxıstanın “Elimay”, Rusiyanın “Nefteximik”, Tacikistanın “Babilon” və Qırğızıstanın “Abdysh-Ata” komandaları ilə birlikdə A qrupunda yer alıb.

“Sabah” turnir çərçivəsində ilk oyununu bu gün Tacikistanın “Babilon” komandasına qarşı keçirəcək. Turnirə mayın 17-də yekun vurulacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər