"Sabah"dan ilk sınaq matçında məhsuldar heç-heçə

"Sabah"dan ilk sınaq matçında məhsuldar heç-heçə

"Sabah” bu gün Avstriyadakı yay toplanışı çərçivəsində ilk yoxlama oyununa çıxıb.

Fanat.Az xəbər verir ki, Azərbaycan Kubokunun qalibi Sloveniyada Rumıniya “Rapid”i ilə qarşılaşıb.

Oyun 2:2 hesablı heç-heçə ilə başa çatıb. Bu, komandanın yeni baş məşqçisi Valdas Dambrauskasın “Sabah”da ilk oyunu olub.

Masazır təmsilçisinin heyətində Coy-Lens Mikels və Xəyal Əliyev fərqləniblər.

“Sabah” 2-ci yoxlama matçını iyulun 3-də Macarıstanın “Paksi” komandasına qarşı keçirəcək.

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər