"Sabah" - "Sele" oyununun biletləri satışda!

"Sabah" - "Sele" oyununun biletləri satışda!

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda baş tutacaq “Sabah” (Azərbaycan) – “Sele” (Sloveniya) qarşılaşmasının biletləri satışa çıxarılıb.

Fanat.Az xəbər verir ki, biletləri onlayn şəkildə “iticket.az” saytından əldə etmək mümkündür.

Bundan başqa, qarşıdakı günlərdə “Bank Respublika Arena”nın kassalarında və başqa satış məntəqələrində də bilet satışlarına başlanacaq.

Qeyd edək ki, “Sabah” – “Sele” matçı iyulun 10-da, saat 20:00-da “Bank Respublika Arena”da baş tutacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər