"Sabah" Avstriyada ilk sınaq matçına çıxır

"Sabah" Avstriyada ilk sınaq matçına çıxır

“Sabah” bu gün Avstriyadakı yay toplanışı çərçivəsində ilk yoxlama oyununa çıxacaq.

Fanat.Az xəbər verir ki, Azərbaycan Kubokunun qalibi Sloveniyada Rumıniyanın “Rapid” klubu ilə qarşılaşacaq.

Oyun Bakı vaxtı ilə saat 19:30-da başlayacaq. Bu, komandanın yeni baş məşqçisi Valdas Dambrauskasın “Sabah”da ilk oyunu olacaq.

Qeyd edək ki, “Sabah” 2-ci yoxlama matçını iyulun 3-də Macarıstanın “Paksi” klubuna qarşı keçirəcək.

Yoxlama oyunu 29 iyun

19:30. “Sabah” (Azərbaycan) – “Rapid” (Buxarest, Rumıniya)

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər