"Sabah" Avstriyada ilk məşqinə çıxdı - FOTOLAR

"Sabah" Avstriyada ilk məşqinə çıxdı - FOTOLAR

Azərbaycanı UEFA Avropa Liqasında təmsil edəcək "Sabah"ın Avstriya toplanışı başlayıb.

Fanat.Az xəbər verir ki, ötən gün Qrats şəhərinə yollanan komanda yeni baş məşqçi Valdas Dambrauskasın rəhbərliyi atlında ilk məşqinə çıxıb.

"Sabah"  hazırlıq çərçivəsində iki yoxlama oyunu keçirəcək. Komanda iyunun 29-da “Rapid” (Buxarest, Rumıniya), iyulun 3-də isə “Pakş”la (Macarıstan) qarşılaşacaq.

Qeyd edək ki, “Sabah” UEFA Avropa Liqasında ilk oyununu iyulun 10-da Bakıda Sloveniyanın “Sele” komandasına qarşı keçirəcək. Cavab matçı isə iyulun 17-də Sloveniyada olacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər