"Real"ın iki ulduzu İstanbul nəhənginə keçə bilər

"Real"ın iki ulduzu İstanbul nəhənginə keçə bilər

İspaniyanın "Real Madrid" klubunun iki futbolçusu -  müdafiəçi David Alaba ilə yarımmüdafiəçi Arda Gülər ​​"Fənərbağça"ya keçə bilər.

Fanat.Az xəbər verir ki, informasiyanı "Fichajes.net" yayıb.

Mənbənin məlumatına görə, baş məşqçi Joze Mourinyu hər iki futbolçunu İstanbul klubunda görmək istəyir. Doğma klubuna icarəyə razılıq versə, portuqaliyalı mütəxəssis 19 yaşlı Gülərə bol oyun praktikası verməyə hazırdır. "Real" tez-tez zədələnən 32 yaşlı Alabanı da buraxa bilər.

Arda Gülər ​​ötən mövsüm "Real Madrid"də 12 matç keçirərək 6 qol vurubsa, 17 oyuna çıxan David Alaba isə 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər