""İnter"in itiriləsi heç nəyi yoxdu"

""İnter"in itiriləsi heç nəyi yoxdu"

“İnter”in müdafiəçisi Ruslan Əmircanov Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Norveçin “Tromse” klubuna qarşı keçirilmiş ilk oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, 0:2 hesablı məğlubiyyətlə bağlı bunları dilə gətirib:

“Biz bacardığımız qədər yaxşı oynamadıq. “İnter” Bakıda nəyə qadir olduğunu mütləq göstərməlidi. Bizim itiriləsi heç nəyimiz yoxdu. Birinci hissədə heç olmasa bir qol vurmalıyıq. Özümüzə inanmağımız lazımdı. Əgər “Tromse”ni də uda bilmiriksə, onda danışılası heç nə yoxdu. Bu komanda keçiləsi rəqibdi. Düşünmürəm ki, Bakıdakı isti bizə əlavə üstünlük qazandıracaq. Onsuz da hər iki komanda eyni şərtlər altında oynayacaq”.

İdman24.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər