"Qələbə qazanmaq istəyirsənsə..." -Roman Qriqorçuk

"Qələbə qazanmaq istəyirsənsə..." -Roman Qriqorçuk

“Neftçi”nin baş məşqçisi Roman Qriqorçuk Misli Premyer Liqasında “Səbail”lə 2-ci tur oyunundan sonra keçirilən mətbuat konfransına qatılıb.

Fanat.Az xəbər verir ki, ukraynalı mütəxəssis 1:1 hesablı heç-heçəni belə şərh edib:

“İlk hissədə kifayət qədər qol epizodu yaratdıq, amma bunların çoxunu qola çevirə bilmədik. Qol fürsətlərindən daha yaxşı istifadə edə bilsəydik, oyun tamamilə başa cür alınardı. Bu oyuna görə heç bir futbolçuya irad bildirə bilmərəm, çünki hər kəs meydanda özünü ən yaxşı tərəfdən göstərməyə çalışırdı. Qələbə qazanmaq istəyirsənsə, epizodları vaxtında qola çevirməlisən ki, sonda əziyyət çəkməyəsən”.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər