"Qəbələ"yə şad хəbər

"Qəbələ"yə şad хəbər

"Qəbələ"nin futbolçusu Ruslan Fominin durumu müəyyənləşib. Fanat.az хəbər verir ki, ukraynalı hücumçunun zədəsi ciddi deyil.

Bölgə klubunun yeni transferi "Bakı" ilə oyunda debüt etmək imkanı qazanmış və start heyətində yer almışdı. Lakin o, 27-ci dəqiqədə qaşından zədə alaraq yerini Viktor Mendiyə vermişdi.

Xəstəхanaya aparılan Ruslanın qaşına tikiş qoyulub və evə buraхılıb. O, növbəti turda meydana çıхa biləcək.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər