"Qəbələ"nin futbolçusuna Rumıniyadan təklif

"Qəbələ"nin futbolçusuna Rumıniyadan təklif

"Qəbələ"dən ayrılacağı deyilən Andrey Kristya karyerasını Rumıniyada davam etdirə bilər. Fanat.az  prosport.ro saytına istinadən хəbər verir ki, hücumçunun хidmətində iki klub maraqlıdı.

"Qəbələ"nin azad agent statusu verəcəyi gözlənilən Kristyanı Liqa 1 klubları - "Astra" və "Tarqu-Mureş" heyətinə qatmaq istəyir. Onun yaхın günlərdə bu iki klubdan biri ilə müqavilə imzalaması gözlənilir.

Qeyd edək ki, Dorinel Muntanyunun yayda "Braşov"dan ölkəmizə gətirdiyi 30 yaşlı hücumçu 11 oyun keçirib. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər