"Qəbələ"nin sabiq futbolçusu Abdulvahid Afolabi özünə yeni komanda tapıb. Fanat.az xəbər verir ki, nigeriyalı futbolçu Moldova çempionatına üz tutub.
O, bu ölkənin güclülər dəstəsində çıxış edən "Saxan" klubu ilə müqavilə bağlayıb. Abdulvahid artıq yeni klubunda 4 oyun keçirərək 328 dəqiqə oynayıb. Forvard "Dinamo-Auto" ilə oyunda fərqlənərək qol hesabını açıb.
Qeyd edək ki, 2013/14 mövsüsünün əvvəlində Yuri Syominin ölkəmizə gətirdiyi Afolabi "Qəbələ"də 26 oyun keçirib, 599 dəqiqə oynayıb və 2 qol vurub. Premyer Liqada "Sumqayıt"ı məyus edən forvard kubokda "Mil-Muğan"ın qapısına yol tapıb.
Fanat.az