Yayda "Qəbələ"ni çox sayda oyunçu tərk etdi ki, onlardan da düz 14-ü legioner idi. Onlardan bəziləri qısa zamanda özlərinə yeni klub tapdı, bəziləri isə hələ də klubsuzdu. Hazırda bu futbolçulardan 7-si heç bir klubda çıxış etmir.
Ən uğurlu mövsümü Daniel Subotiç keçirir. İsveçrəli futbolçu Küveytin "Əl-Qadsiya" klubunda keçirdiyi 11 oyunda 9 dəfə rəqib qapılarına yol tapıb.
"Qəbələ"nin "Portu"dan icarəyə götürdüyü Marat İzmayılov Rusiyanın "Krasnodar" klubunda çıxış edir. O, 12 oyunda 736 dəqiqə oynayaraq 1 qola imza atıb. Davron Erqaşev isə Qazaxıstan "Jetisu"sunun 9 matçında 735 dəqiqə forma şansı qazanıb.
Qeyd edək ki, ötən mövsüm "Qəbələ"yə başçılıq edən Yuri Syomin "Mordoviya"nı çalışdırır. Komandanın onun rəhbərliyi altında çempionatda 3 qələbə qazanıb, 2 heç-heçə edib və 4 dəfə məğlub olaraq 11 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.
| Futbolçu | Klub (ölkə) | Oyun | Dəqiqə | Qol |
| Daniel Subotiç | Əl-Qadsiya (Küveyt) | 11 | 990 | 9 |
| Marat İzmayılov | Krasnodar (Rusiya) | 12 | 736 | 1 |
| Davron Erqaşev | Jetisu (Qazaxıstan) | 9 | 735 | 0 |
| İbrahima Niasse | Mordoviya (Rusiya) | 9 | 662 | 0 |
| Lourival Assis | Braqantino (Braziliya) | 3 | 138 | 0 |
| Lorenzo Ebesilio | Mordoviya (Rusiya) | 1 | 59 | 0 |
| Leonardo da Silva | Anji (Rusiya) | 2 | 57 | 0 |
| Nikola Valentiç | klubsuz | |||
| Yannik Kamanan | klubsuz | |||
| Abdulvahid Afolabi | klubsuz | |||
| Kristian Pulhak | klubsuz | |||
| David Pietrzkeviç | klubsuz | |||
| Dieqo Koşta | klubsuz | |||
| Omar Kalabane | klubsuz | |||
Fanat.az