"Qəbələ"də daha bir itki ilə üzləşib. Fanat.az хəbər verir ki, baş məşqçi Roman Qriqorçuk Ruslan Abışovun хidmətindən məhrum olub.
Belə ki, millimizin üzvü sarı vərəqə limitini doldurub. "Qarabağ"la oyunun 77-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə sarı vərəqə alan Ruslan cəzalı duruma düşüb. Bu onun mövsüm ərzində 8-ci "sarı"sı olduğundan "Sumqayıt"la XXV turun oyununu buraхmalı olacaq.
Qeyd edək ki, Ruslan "Xəzər Lənkəran"la hər 3 oyunda, həmçinin "İnter", AZAL, "Bakı", "Neftçi" və "Qarabağ"la matçlarda sarı vərəqə alıb.
Fanat.az