Azərbaycan Premyer Liqasında ardıcıl 8 matçda qalib gələn "Qəbələ"nin növbəti mövsüm Avropa Liqasında çıxış edəcəyi rəsmiləşib. "Qırmızı-qaralar" ardıcıl olmaqla, tarixində ikinci dəfə Azərbaycanı qitənin ikinci dərəcəli klub turnirində təmsil edəcək.
Əyalət təmsilçisi Azərbaycan Premyer Liqasında ən azı 4-cü yeri təmin edib. Roman Qriqorçukun yeritmələri buna çempionatın XXXII turunda ən yaxın izləyicisi "Simurq"un öz meydanında uduzmasından sonra nail olub. Zaqatala klubu doğma meydanda "İnter"ə uduzmaqla ilk "4-lük"də qərarlaşmaq şanslarını tam itirib.
Bu isə o deməkdi ki, növbəti il avrokuboklarda "Qarabağ", "İnter", "Neftçi" və "Qəbələ" mübarizə aparacaq. Həmçinin Azərbaycan kubokunun finalında ilk "4-lük"də yer alan klublar - "Qarabağ"la "Neftçi" mübarizə pardığından, digər komandalar qitəmiqyaslı turnirlərdə iştirak edə bilməyəcək.
"Qəbələ" ötən il Avropa Liqasının I təsnifat mərhələsində mübarizə aparmışdı. Həmin vaxt "qırmızı-qaralar" Bosniya və Herseqovina “Şiroki Briyeq”inə ilk oyunda 0:2, səfər matçında isə 3:0 hesabı ilə uduzaraq, mübarizəni dayandırmışdı.
Fanat.az