"Qəbələ" "Sumqayıt"dan üstün oldu

"Qəbələ" "Sumqayıt"dan üstün oldu
Premyer Liqada yaranan fasilədən yararlanan "Sumqayıt"la "Qəbələ" bu gün yoxlama oyunu keçirib. Fanat.az xəbər verir ki, "Kapital Bank Arena"da baş tutan oyunda bölgə təmsilçisi qalib gəlib.
Hesabı 55-ci dəqiqədə Dodo açıb. 5 dəqiqə sonra Tofiq Mikayılov bərabərliyi təmin edib. 83-cü dəqiqədə rəqib qapısına yol tapan Markuinyos "Qəbələ"yə 2:1 hesablı qələbə qazandırıb.
Qeyd edək ki, "Qəbələ" "Sumqayıt"la Premyer Liqanın IX turunda qarşılaşıb və meydan sahibləri 3:1 hesablı qələbə qazanıb. "Qəbələ"nin qollarına Cavid Hüseynov, Pavol Farkaş və Ekiqo Ehiosun imza atıb. "Sumqayıt"ın qolunu isə Ramazan Abbasov vurub. Komandalar XVII turda Sumqayıtda qarşılaşacaq.
Yoxlama oyunu
12 noyabr
Sumqayıt - Qəbələ 1:2
Qollar: Tofiq Mikayılov, 60 - Dodo, 55. Markuinyos, 83.
Sumqayıt. "Kapital Bank Arena".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər