"Qəbələ" çempion

"Qəbələ" çempion

“Qəbələ” 2014/15 mövsümündə 2-ci titulunu qazanıb. Fanat.az xəbər verir ki, bundan öncə “Bakcell U-14 Elit Kuboku”nu qazanan Xaqani Məmmədovun yetirmələrinin uğurunu U-17 komandası çempionluqla davam etdirib. 

Ramin Quliyevin yetirmələri XIX turda “Neftçi” ilə ev oyununda 2:1 hesabı ilə qələbə qazanmaqla, sona 3 tur qalmış qızıl medalları rəsmiləşdiriblər. "Qəbələ"nin qollarını Maqsud Ələkbərovla kapitan Baxşəli Baxşəliyev vurublar.

Ramin Quliyev açıqlamasında çempionluq sevinci ilə bağlı təəssüratlarını bölüşüb: “1998-ci il təvəllüdlülər elə bir kollektivdi ki, burada seçmə futbolçular yığışıb. Kollektiv futbol akademiyamızın ən yaxşı komandalarından biridi. Təsadüfi deyil ki, 17 yaşlılarımız ardıcıl 3-cü ildi U-17 Liqasında 1-ci yeri tutur. Təbii ki, çempionluq uşaqlar üçün böyük stimuldu. Ancaq istənilən halda, əsas məqsədimiz titul qazanmaq deyil, “Qəbələ”nin daha yuxarı yaş qruplarına - U-19-a, əvəzedicilərə və əsas komandaya futbolçu verməkdi. Bu, məşqçi kimi ilk çempionluğum olduğundan, şəxsən mənim üçün önəmli nəticədi. Ötən mövsüm işlədiyim “Qəbələ”nin 2002-ci il təvəllüdlüləri ilə yalnız finalda uduzub, gümüş mükafatçı olmuşdum. İndi məqsədimiz kubokda da qalib gələrək mövsümü “qızıl dubl”la baş vurmaqdı. Buna yaxşı şansımız var. Çünki yarımfinalın birinci oyununda “Neftçi”ni 3:2 hesabıyla məğlub etmişik”.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər