"Qəbələ" bugünkü oyunlara hazırdı

"Qəbələ" bugünkü oyunlara hazırdı

2014/15 mövsümünün ikinci yarısının hazırlıqlarını Türkiyənin Antalya şəhərində davam etdirən "Qəbələ" toplanışın 12-ci gününü 1 məşqlə yekunlaşdırıb. Fanat.az xəbər verir ki, Roman Qriqorçukun rəhbərliyi altında baş tutan səhər məşqində komanda əsasən toplu çalışmalar və müxtəlif fiziki təmrinlər yerinə yetirib.  

Qeyd edək ki, "Qəbələ" bu gün təlim-məşq toplanışı çərçivəsində iki yoxlama oyununu keçirəcək. İlk matçda - saat 16.00-da "qırmızı-qaralar" Türkiyə I Liqasında mübarizə aparan "Adanaspor"la qarşılaşacaq. İkinci oyunda - saat 19.00-da "Qəbələ"nin rəqibi "Vorskla" (Poltava, Ukrayna) olacaq. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər