"Qəbələ" bir əskiklə çalışır

"Qəbələ" bir əskiklə çalışır

Topaz Premyer Liqasının XXVII turunda istirahət edən “Qəbələ” növbəti oyunun hazırlıqlarını davam etdirir. Fanat.az xəbər verir k, martın 28-də əvəzedici komanda ilə yoxlama oyunu keçirib, 7:2 hesabı ilə qalib gələn Roman Qriqorçukun yetirmələri XXVIII turun AZAL-la görüşünün hazırlıqlarına başlayıb. 

Yoxlama matçının ertəsi məşq edib, ardınca bir günlük istirahət edən komanda çalışmalarını Qəbələdə davam etdirir. Gündə bir dəfə hazırlıq keçən “qırmızı-qaralar”ın məşqlərində yalnız zədəli Dodo iştirak etmir. Azərbaycan millisinin düşərgəsindən qayıdan Cavid Hüseynovla Ruslan Abışov, U-21-dən qayıdan Tellur Mütəllimov da məşqlərə qatılır. Zədə səbəbindən bir müddət fərdi hazırlıq keçən Elvin Camalov da artıq komandaya qoşulub.

Növbəti iki gündə də doğma məkanda məşq edəcək “Qəbələ” aprelin 3-dəki hazırlığın ardından Bakıya yollanacaq. XXVIII tur çərçivəsində AZAL-la səfər görüşündən bir gün əvvəl komandamız paytaxtda məşqə çıxacaq. Oyunöncəsi son məşq qarşılaşmanın baş tutacağı Şüvəlandakı “AZAL Arena”da baş tutacaq.

Qeyd edək ki, AZAL – “Qəbələ” oyunu aprelin 5-də keçiriləcək.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər