"Qəbələ" bir əskiklə çalışdı

"Qəbələ" bir əskiklə çalışdı

“Qəbələ” Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununun hazırlıqlarına start verib. Fanat.az xəbər verir ki, Topaz Premyer Liqasının XXV turunun “Sumqayıt”la oyunundan (2:0) sonra bir gün istirahət edən “qırmızı-qaralar” bu gün ilk məşqinə çıxıb. 

Martın 13-də Zaqatala şəhər stadionunda “Simurq”a qarşı keçiriləcək matça doğma meydanda hazırlaşan komanda tam heyətlə məşq edə bilməyib. Zədə üzündən komandadan ayrı düşən Dodo hazırlıqdan kənar qalıb. 

Roman Qriqorçukun yetirmələri sabah da Qəbələdə məşq edəcək. Komandanın martın 12-də səfərə yollanması planlaşdırılıb.

Qeyd edək ki, 1/4 final mərhələsinin Zaqatala şəhər stadionunda keçiriləcək cavab oyunu saat 17:00-da başlayacaq.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər