"Qəbələ" afrikalılara uduzdu

"Qəbələ" afrikalılara uduzdu

"Qəbələ"nin əvəzedici komandası Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışında növbəti yoxlama oyununu keçirib. Fanat.az xəbər verir ki, Luis Araqonun komandası bu dəfə Afrika təmsilçisi ilə üz-üzə gəlib. 

Belə ki, "qırmızı-qaralar" Qananın "Liberti" klubunun əvəzedici heyəti ilə qarşılaşıb. "Qəbələ" Antalya toplanışında ikinci məğlubiyyətini 2 cavabsız qol buraxmaqla alıb - 0:2. 

Qeyd edək ki, "Qəbələ" bundan əvvəl Antalyada Qazaxıstanın "Tobol" klubuna 0:2 hesabı ilə uduzmuş, Almaniyanın aşağı dəstə təmsilçisi "Freyberq"lə heç-heçə oynamışdı - 1:1.

Antalya təlim-məşq toplanışının sonunadək "Qəbələ"nin daha bir oyun keçirməsi planlaşdırılıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər