"Qarabağ"la "Qəbələ" qadınlara tapşırıldı

"Qarabağ"la "Qəbələ" qadınlara tapşırıldı
Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin XI turu üçün bütün təyinatlar açıqlanıb. Fanat.az xəbər verir ki, iki oyuna qadın hakimlər təyin olunub.
Belə ki, “Qəbələ” - “Bakı” matçını Səbayel Qurbanova idarə edəcək. Onun köməkçilərindən biri həmcinsi - Xəyalə Əzizzadə olacaq.
“Qarabağ” - “Araz Naxçıvan” oyununda isə ədaləti Venera Kahriç qoruyacaq. Onun da köməkçilərindən biri qadın olacaq. Belə ki, Kahriçə Gülyana Güvəndiyeva yardım edəcək. 
1 noyabr
Qarabağ - Araz Naxçıvan
Hakimlər: Venera Kahriç, Gülyana Güvəndiyeva, Müslüm Əliyev, Kənan Məlikov.
Hakim-inspektor: Şakir Əmrahov.
“Dalğa Arena”. Saat 12.00.
Xəzər Lənkəran - Simurq
Hakimlər: Xəlil Hüseynli, Teymur Teymurov, Elman Musayev, Emil Müsadiq.
Hakim-inspektor: Qabil Nərimanov.
"Xəzər Lənkəran" mərkəzi stadionu, ehtiyat meydança. Saat 14.00.
Qəbələ - Bakı
Hakimlər: Səbayel Qurbanova, Xəyalə Əzizzadə, Rəşadət Cəfərov, Səbuhi Soltanov.
Hakim-inspektor: Rufulla Kərimov.
Qəbələ şəhər stadionu, ehtiyat meydança. Saat 14.00.
Sumqayıt - İnter
Hakimlər: Qorxmaz Eldarov, İlkin Arzumanov, Şakir Quliyev, Emin Nağıbəyov.
Hakim-inspektor: Adil Ələsgərov.
“Kapital Bank Arena”. Saat 14.00.
Neftçi - AZAL
Hakimlər: Fərid Məmmədov, Cavanşir Yusifov, Kamran Bayramov, Rauf Allahverdiyev.
Hakim-inspektor: İradə İsgəndərova.
“Dalğa Arena". Saat 15.00.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər