"Qarabağ"ı üç futbolçu tərk etdi, ikisi də yol üstündədir

"Qarabağ"ı üç futbolçu tərk etdi, ikisi də yol üstündədir

Cari mövsüm Azərbaycanı UEFA Avropa Liqasında təmsil edəcək "Qarabağ"ın 3 futbolçusu gedib.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, bunlar  qanalı vinger Emmanuel Addai, hücumçu Ramil Şeydayev və Zaqreb "Dinamo"sundan icarəyə götürülən mərkəz müdafiəçisi Sami Mmayedir.

Onların müddəti gələn ayın sonunda başa çatacaq müqavilələri yenilənməyəcək.

Mmaye daxili intizam qaydalarını pozduğu üçün bir müddət idi ki, əvəzedici komandaya göndərilmişdi. Addai özü Azərbaycanda qalmaq istəməyibsə, ümidləri doğrulda bilməyən Şeydayevlə klub sözləşmə yeniləməyə ehtiyac duymayıb.

Xorvat əsilli almaniyalı qapıçı Fabian Buntiç və ukraynalı yarımmüdafiəçi Aleksey Kaşukla da yolların ayrılacağı gözlənilir.

Toğrul

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər