"Qarabağ" "Sumqayıt" üçün başlayır

"Qarabağ" "Sumqayıt" üçün başlayır

"Qarabağ" "Sumqayıt" üçün yığışır. Fanat.az xəbər verir ki, Premyer Liqanın XXVI turunun qarşılaşması üçün komanda bu gün tam heyətlə məşqlərə başlayır. 

Baş məşqçi Qurban Qurbanov ölkə kubokunun 1/4 final mərhələsində "Bakı"yla qarşılaşmadan sonra komandaya 1 günlük istirahət vermişdi. Bu gündən isə komanda sumqayıtlılarla görüşə hazırlaşacaq.

Bu günə bir məşq nəzərdə tutulub. Komanda saat 16.30-da günün yeganə çalışmasına çıxacaq. Martın 18-də, Sumqayıtda baş tutacaq qarşılaşmanın başlama saatı da müəyyənləşib. "Kapital-Arena"dakı görüş 16.00-da baş tutacaq. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər