"Qarabağ" "Sumqayıt" üçün başladı

"Qarabağ" "Sumqayıt" üçün başladı

Premyer Liqanın XXXIV turunda "Sumqayıt"ı qəbul edəcək "Qarabağ" bu oyunun hazırlığına start verib. Fanat.az xəbər verir ki, Ağdam təmsilçisi oyun öncəsi məşqlərinə bazasındakı köməkçi stadionda başlayıb.

Bu gün komandanın bir məşqi baş tutub. Məşqlərdə komanda tam heyətlə çalışarkən sadəcə, zədəli olan Namiq Ələsgərov kollektivdən ayrıdır.

Qeyd edək ki, "Qarabağ" - "Sumqayıt" oyunu mayın 16-da "Bakcell Arena"da baş tutacaq.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər