"Qarabağ", "Neftçi" və "Xəzər Lənkəran" fərqli saatda

"Qarabağ", "Neftçi" və "Xəzər Lənkəran" fərqli saatda
Topaz Premyer Liqasında XVII turun oyun cədvəli açıqlanıb. Fanat.az xəbər verir ki, turun oyunları iki gün ərzində baş tutacaq.
İlk oyun gününün hər iki matçı - "Simurq" - AZAL və "İnter" - "Sumqayıt" matçları saat 17.00-da başlayacaq.
Bazar günü lider "Qarabağ"ın "Bakı" ilə səfər matçı saat 14.00-da start götürəcək. Bundan iki saat sonra "əzər Lənkəran" - "Rəvan" görüşü başlacaq. "Neftçi" - "Qəbələ" matçına isə saat 18.00-da start veriləcək.
14 dekabr
Simurq - AZAL
Zaqatala Olimpiya Kompleksinin stadionu. Saat 17.00.
İnter - Sumqayıt 
“Şəfa” stadionu. Saat 17.00.
15 dekabr
Bakı - Qarabağ
“Bakı”nın təlim məşq bazasının stadionu. Saat 14.00.
Xəzər Lənkəran - Rəvan
Lənkəran şəhər stadionu. Saat 16.00.
Neftçi - Qəbələ
“Bakcell Arena”. Saat 18.00.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər