"Qarabağ" - "Neftçi" matçının saatı açıqlandı

"Qarabağ" - "Neftçi" matçının saatı açıqlandı
Topaz Premyer Liqasının XVI turunun oyun cədvəli açıqlanıb. Fanat.az xəbər verir ki, turun bütün oyunları dekabrın 8-də keçiriləcək.
Tura saat 14.00-da balayacaq "Qəbələ" - "Simurq" oyunu ilə start veriləcək. Bundan iki saat sonra AZAL - "Rəvan" matçı başlayacaq. 17.00-da "İnter" - "Xəzər Lənkəran" və "Sumqayıt" - "Bakı" matçları start götürüləcək. Tura saat 18.00-da "Qarabağ" - "Neftçi" oyunu ilə yekun vurulacaq.
8 dekabr
Qəbələ - Simurq
Qəbələ şəhər stadionu. Saat 14.00.
AZAL - Rəvan
"AZAL Arena" stadionu. Saat 16.00.
İnter - Xəzər Lənkəran
"Şəfa" stadionu. Saat 17.00.
Sumqayıt - Bakı
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, süni örtüklü meydança. Saat 17.00.
Qarabağ - Neftçi
Tofiq Bəhramov adına Respublika stadionu. Saat 18.00.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər