"Qarabağ" Mirça Leçeskuya rəqib oldu

"Qarabağ" Mirça Leçeskuya rəqib oldu

Yeni mövsümün hazırlıqları üçün Avstriyaya gedəcək "Qarabağ"ın keçirəcəyi yoxlama görüşlərindəki rəqibi dəyişib.  

Fanat.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi iyunun 28-də Rusiyanın "Rostov" klubu ilə qarşılaşmalı idi.

Lakin oyun planında dəyişiklik edildiyi üçün "Qarabağ" iyunun 28-də 4 qat Rusiya çempionu, Mirça Luçeskunun çalışdırdığı "Zenit"lə yoxlama oyunu keçirəcək.

Qeyd edək ki, "Qarabağ"ın ilk rəqibi yerli "Vakker” klubu olacaq. Sözügedən qarşılaşma iyunun 25-də keçiriləcək.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər