"Partizan" və "Srvena Zvezda"nın üzvləri Bakıya gəlir

"Partizan" və "Srvena Zvezda"nın üzvləri Bakıya gəlir

Avropa çempionatının elit-raund mərhələsində iştirak edəcək Serbiyanın 17 yaşadək futbolçulardan ibarət yığma komandasının Bakıya gələcək heyəti açıqlanıb. Fanat.az xəbər verir ki, baş məşqçi Deyan Qovedariça 21 oyunçuya dəvət göndərib.

Bakıda keçiriləcək Avropa çempionatının elit-raund mərhələsinin II qrupunda mübarizə aparacaq Serbiya yığması ölkəmizə martın 15-də gələcək. Qovadariçanın toplanışdan sonra 3 futbolçunu siyahıdan çıxaracağı və Bakıya 18 futbolçu gətirəcəyi gözlənilir.

Qeyd edək ki, martın 17-də Portuqaliya, iki gün sonra Xorvatiya ilə qarşılaşacaq Serbiya yığması ayın 22-də millimizlə üz-üzə gələcək.

Qapıçılar: Aleksandr Stankoviç (“Srvena Zvezda”), Marko İliç (“Voyvodina”).

Müdafiəçilər: Sava Radiç (“Çukariçki”), Nikola Dukiç ("Partizan"), Dominik Dinqa (“Voyvodina”), Aleksandr Stanisavlyeviç (ÇSKA, Rusiya), Nikola Peyoviç (Srvena Zvezda”), Marko Şişkov (“OFK Belqrad”), Luka Kuçin (“Partizan”). 

Yarımmüdafiəçilər: Yovan Nişiç ("Partizan"), Filip Çermelj ("Partizan"), Erhan Maşoviç ("Çukariçki"), Zehrudin Mehmedoviç (“Çukariçki”), Petar Miliç (“OFK Belqrad”), Stefan İliç (“Partizan”), Stefan Çvetkoviç (“Srvena Zvezda”).

Hücumçular: Luka Dokiç (“OFK Belqrad”), Nikola Qayiç (“Voyvodina”), Milan Panoviç (“Srvena Zvezda”), Tomislav Todoroviç, Sava Petrov (hər ikisi “Partizan”).

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər