"Neftçi"yə qarşı oynayan futbolçu "Borussiya"da

"Neftçi"yə qarşı oynayan futbolçu "Borussiya"da
"Borussiya" (Dortmund) heyətini gücləndirib. Fanat.az xəbər verir ki, Bundesliqa klubu "Partizan"ın gənc yarımmüdafiəçisi Miloş Jojiçi transfer edib.
"Borussiya" 21 yaşlı serb oyunçu ilə 4.5 illik müqavilə imzalayıb. Serbiya Super Liqasının ən dəyərli oyunçusu seçilən Jojiç 2018-ci ilin iyununadək Dortmund klubunun formasını geyinəcək.
Miloş cari mövsümdə Super Liqada 6 (16 oyun), Avropa Liqasında 1 (2 oyun) qol vurub. O, artıq Serbiyanın A millisinə dəvət alır.
Jojoç 2012/13 mövsümündə Avropa Liqasının qrup mərhələsində "Neftçi"yə qarşı iki oyun keçirib. Belqraddakı matçın 63-cü dəqiqəsində meydana çıxan gənc futbolçu Bakıdakı qarşılaşmanın start heyətində yer alıb və 83-cü dəqiqədə əvəzlənib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər