"Neftçi"yə bilərəkdən uduzduq" - şok açıqlama

"Neftçi"yə bilərəkdən uduzduq" - şok açıqlama

Ukraynanın “Dinamo” (Kiyev) klubunun sabiq futbolçusu Vitali Xmelnitski şok açıqlama verib. Fanat.az xəbər verir ki, ötənlərin tanınmış hücumçusu “Sport-Ekspress”ə müsahibəsində 1966-cı il SSRİ çempionatının son turlarında “Neftçi”yə bilərəkdən uduzduqlarını bildirib.

 

Xmelnitski deyib: “Bakılı futbolçular ilk “3-lüy”ə düşməyə can atırdılar. Biz bu addımı nəyə görə atdıq? Moskva medalsız qalsın deyə. İlk dəfə!”.

 

O, “Neftçi”yə uduzmaları qarşılığında onların hərəsinə 1500 rubl təklif olunduğuna dair şayiələri təkzib edib: “İnanın mənə, o vaxtlar pul heç nəyi həll etmirdi”.

 

Qeyd edək ki, 1966-cı il SSRİ çempionatında Kiyev “Dinamo”su 56 xalla qızıl, Rostovun OİK komandası 47 xalla gümüş, “Neftçi” 45 xalla bürünc medal qazanıb. “Spartak” isə 32 xalla 4-cü yeri tutub. “Dinamo” - “Neftçi” matçı sona 1 tur qalmış - noyabrın 16-da baş tutub. Komandamız Kiyevdə 2:1 hesablı qələbə qazanıb. Ardından son 2 turda “Neftçi” Bakıda əvvəlcə Moskva ÇSKA-sı ilə qolsuz heç-heçəyə, ardından “Spartak”la görüşdə 3:0 hesablı qələbəyə nail olub.   

lent.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər