"Neftçi"nin "qumarbaz"ı iş tapdı

"Neftçi"nin "qumarbaz"ı iş tapdı

"Neftçi"nin sabiq baş məşqçisi Vlastimil Petrjelanın yeni iş yeri müəyyənləşib. Fanat.az xəbər verir ki, 60 yaşlı mütəxəssis 2 illik işsizliyə son qoyub. 

Vaxtilə "Zenit"ə başçılıq etmiş çex mütəxəssis bu dəfə vətənində çalışacaq. O, aşağı dəstə təmsilçisi "Qraffin Vlaşim"lə anlaşıb. Bu komanda hazırda 16 klub arasında 12-cidi. 

Qeyd edək ki, 2007-ci ilin son 4 ayında "Neftçi"yə rəhbərlik edən Petrjelanın son iş yeri "Zemplin" (Slovakiya) olmuşdu. Onun qumar oynadığı və spirtli içkiləri həddən artıq istifadə etdiyi deyilir.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər