Topaz Premyer Liqasının daha bir oyunu canlı yayımlanacaq. Fanat.az xəbər verir ki, azarkeşlər "Sumqayıt" - "Neftçi" matçını canlı izləyə biləcək.
Qarşılaşmanı Az.TV efirə verəcək. Proqramda oyunun başlama vaxtı 17.00 göstərilsə də, matç saat 15.00-da start götürəcək.
Qeyd edək ki, "İdman Azərbaycan" kanalı XXIII turun iki oyununu canlı yayımlayacaq. Belə ki, bazar günü "Qəbələ" - "Rəvan" və AZAL - "Xəzər Lənkəran" görüşləri efirə veriləcək.
Fanat.az