"Neftçi"nin futbolçusu rəsmən "Xəzər Lənkəran"da

"Neftçi"nin futbolçusu rəsmən "Xəzər Lənkəran"da
"Xəzər Lənkəran" ilk transferini rəsmiləşdirib. Fanat.az xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət millimizin üzvü Slavik Alxasov Lənkəran klubu ilə müqavilə imzalayıb.
Müdafiəçi növbəti iki ildə "Xəzər Lənkəran"ın uğurları üçün çalışacaq. 2010-cu ildən etibarən "Sumqayıt"ın şərəfini qoruyan 20 yaşlı futbolçunun keçidi bu gün rəsmiləşib.
Qeyd edək ki, müqavilə ilə "Neftçi"yə məxsus olan Alxasov 2010-cu ildən icarəyə verildiyi "Sumqayıt"da 66 oyun keçirib. Paytaxt klubu digər futbolçuları ilə onu "Sumqayıt"dan geri çağırmışdı və Antalyaya aparmaq niyyətində idi. Lakin "ağ-qara"lar "Xəzər Lənkəran"ın müraciətinə müsbət cavab verib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər